İDMAN
“ARAZ” FUTZAL KOMANDASI XORVATİYA ÇEMPİONUNU MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə Avropa çempionlar liqasının seçmə qrup oyunları keçirilir.
Yarışda Azərbaycanı təmsil edən “Araz” komandası ilk oyununu Xorvatiya çempionu “Split” klubu ilə keçirmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:3 hesabı ilə Azərbaycan futzalçılarının xeyrinə qurtarmışdır.
İkiqat ölkə çempionu “Araz”ın növbəti oyunu oktyabrın 14-də Yunanıstanın “Afina-90” komandası ilə olacaqdır.
Xatırladaq ki, seçmə yarışlar 32 komandanın iştirakı ilə 8 yarımqrupda keçirilir. Qruplarda 1-2-ci yerləri tutanlar növbəti seçmə mərhələyə vəsiqə qazanacaqlar. Yarımfinal və final oyunları gələn il keçiriləcəkdir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.09.2023 [11:43]
Vitali Borisov Çempionlar Liqasının bombardirləri sırasında yer alıb
- 28.09.2023 [11:16]
“Vulverhempton”un sabiq futbolçusu Azərbaycan klubuna keçib
- 28.09.2023 [11:10]
UEFA Gənclər Liqası: Asim Xudiyev “Qəbələ”nin oyununa təyinat alıb
- 28.09.2023 [10:48]
AFFA rəsmisi “Beşiktaş” klubunun oyununa təyinat alıb
- 28.09.2023 [10:31]
Azərbaycan Basketbol Liqasında iştirak edəcək bütün komandalar bəlli olub
- 28.09.2023 [04:56]