ELM VƏ TƏHSİL
ATATÜRKÜN VƏFATININ 68-Cİ İLDÖNÜMÜNƏ HƏSROLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qafqaz Universitetində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 68-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev və ulu öndər Mustafa Kamal Atatürkün xatirələri ehtiramla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç müasir Türkiyə dövlətinin yaranmasında və inkişafında dahi Atatürkün tarixi xidmətlərindən bəhs etmişdir.
Digər natiqlər də Atatürkün istiqlal mübarizəsindən danışmış, onun siyasi irsinin nəsillərə örnək olduğunu bildirmişlər.
Sonra tələbələrin ifasında maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.