ELM VƏ TƏHSİL


ATMU-nun əməkdaşları Türkiyədə akkreditasiya prosesi barədə məlumatlandırılıb

ATMU-nun əməkdaşları Türkiyədə akkreditasiya prosesi barədə məlumatlandırılıb

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Turizm Təlimi Qiymətləndirmə və Akkreditasiya Qurumunun birgə təşəbbüsü ilə qardaş ölkədə akkreditasiya prosesinə dair seminar təşkil olunub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, “Türkiyədə akkreditasiya prosesi”nə dair onlayn seminara universitetin qırxa yaxın əməkdaşı qatılıb. Seminarda Mersin Universitetinin professoru Abdulcelil Çakıcı Türkiyədə akkreditasiya, akkreditasiyanın əhəmiyyəti, “TURAK” qiymətləndirmə meyarları, proqram və institusional akkreditasiya və sair məsələlərdən bəhs edib.

Qeyd edək ki, Turizm Təlimi Qiymətləndirmə və Akkreditasiya Qurumu Türkiyə Respublikasında müvafiq sahə üzrə akkreditasiyanı həyata keçirən səlahiyyətli strukturdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.