Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Əziz bacılar və qardaşlar!

Əziz cəbrayıllılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl qəsəbənin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm.

Burada qeyd olundu ki, bu qəsəbə Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin Fərmanı, göstərişi əsasında yaradılıbdır. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondundan vəsait ayrılıb və o vəsait hesabına bu qəsəbə yaradılıb, tikilibdir. Bu, bir daha onu göstərir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda cənab Prezident tərəfindən nə qədər düzgün, nə qədər müdrik addım atılmışdı. Əgər o müqavilə imzalanmasaydı, Azərbaycan öz neftini dünya bazarlarına çıxara bilməsəydi, Neft Fondu yaradılmasaydı, əlbəttə, imkanımız olmayacaqdı ki, belə gözəl evləri tikək və bizim bacılara, qardaşlara hədiyyə edək.

Buraya gələndə yolda çadır düşərgəsinin qalıqlarına baxdım və o günləri xatırladım. Cənab Prezidentlə birlikdə buraya gələrkən məcburi köçkünlərlə görüşlərimiz olmuşdu. Onların nə qədər ağır şəraitdə yaşadıqlarını görəndə cənab Prezident çox məyus olmuşdu. O mənzərələr ona çox təsir etmişdi. Ona görə imkan düşən kimi, Neft Fondu yaranandan sonra birinci vəsait məhz buraya, Biləsuvar rayonuna yönəldildi ki, o çadır düşərgələri dağıdılsın, yeni evlər, binalar, məktəblər, klublar tikilsin. Belə də oldu. Beş çadır düşərgəsi tamamilə dağıdılıb və əvəzində bu gözəl qəsəbə yaradılıbdır. Burada 2560 ev tikilibdir. Nəzərə alsaq ki, bundan əvvəl çadır düşərgəsində yaşayan Füzuli camaatı üçün də Haramı ərazisində müasir evlər tikilibdir, onda deyə bilərik ki, burada keçmişdə yaşayan bütün məcburi köçkünlər evlə təmin olunubdur. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər, qaçqınlar lazımi şəraitlə təmin olunacaqlar. Azərbaycan artıq iqtisadi cəhətdən güclənir, ayağa durur. Keçirilən iqtisadi islahatların nəticəsində böyük iqtisadi potensial yaradılıb və bundan sonra da yaradılacaqdır.

Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft kəməri tikilir. 2005-ci ilin sonunda o, istismara veriləcəkdir. Ondan sonra Azərbaycana daha böyük həcmdə, indikindən bir neçə dəfə çox vəsait daxil olacaqdır. Həmin vəsaitlə Azərbaycanın bütün sosial problemləri həll ediləcəkdir. O cümlədən qaçqın-köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görüləcəkdir.

Mən bu gün Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovla bu barədə söhbət etdim. Bizim planlarımızda var ki, bu siyasəti davam etdirək. Hələlik digər bölgələrdə çətin vəziyyətdə yaşayan qaçqın-köçkünlər üçün buna bənzər şərait yaradaq. Bu, bizim borcumuzdur və bunu edəcəyik. Bu, Heydər Əliyevin siyasətidir və biz bu siyasəti davam etdirəcəyik.

Bu gün burada çıxış edən bacılar, qardaşlar müxalifət haqqında öz fikirlərini söylədilər. Ümumiyyətlə, mən onların haqqında bir şey demək istəmirdim. Amma bir halda ki, siz bunu qeyd etdiniz, istəyirəm öz fikirlərimi sizə bildirəm. Müxalifət xalqın qarşısına beş ildə bir dəfə çıxır. Özü də o məqsədlə ki, xalqdan səs alsın. Son beş il ərzində heç vaxt olmayıb ki, müxalifət gəlib hansısa qaçqının problemi ilə maraqlansın, ona əl tutsun, ona kömək etsin. Yox, bu, heç vaxt olmayıbdır. Yalnız beş ildə bir dəfə, seçkilər ərəfəsində televiziya ekranına çıxırlar, yürüşlərə, mitinqlərə çıxırlar, yalan vədlər verirlər, özlərini təqdim etmək, tərifləmək istəyirlər. Halbuki, buna ehtiyac yoxdur, xalq onları yaxşı tanıyır.

Məhz bu adamlar 1992-ci ildə hakimiyyətdə olan zaman Azərbaycanı bəlaya saldılar. Azərbaycanı uçurum kənarında qoydular. Vətəndaş müharibəsini başladılar. Azərbaycanın torpaqlarının itirilməsi də onların yarıtmaz fəaliyyəti nəticəsində olubdur. Heç nə unudulmur. Xalq hər şeyi yaxşı yadda saxlayır. Əlbəttə, özünü biabır edən, Azərbaycanı dağıdan, Azərbaycanın milli sərvətlərini talayan insanlara xalqımız heç vaxt səs verməyəcəkdir. Qoy, onlar bunu gözləməsinlər.

Mən dedim ki, Azərbaycanın çox gözəl perspektivləri vardır. Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Əlbəttə, burada aparıcı rolu neft sektorunda görülən işlər tutur və bu da təbiidir. Çünki bu, Azərbaycanın əsas sərvətidir və ondan da çox səmərəli istifadə olunur. Heydər Əliyevin neft strategiyasının təntənəsi məhz bu gün burada görünür. Bu evlərin tikilməsində görünür. Bəzən müxalifət deyir ki, neftdən əldən olunan gəlirlər hara gedir. Budur, neftdən əldə olunan gəlirlər Azərbaycan xalqına verilir.

Onların hakimiyyətdə olduğu ildə Azərbaycana birinci neft bonusu ödənilmişdi. Üç-dörd gün ərzində o vəsait, bir neçə milyon dollar özəl bankın hesabına köçürülmüş və ondan sonra da dağıdılmış, onların cibinə getmişdir. Biz isə Heydər Əliyevin rəhbərliyi altında neftin satışından və bonuslardan qısa müddət ərzində 1 milyard 400 milyon dollar vəsait əldə etmişik və o pullar şəffaf şəkildə Azərbaycan Dövlət Neft Fondunda saxlanılır, belə gözəl işlərə xərclənir və gələcək nəsillər üçün də əmanət kimi saxlanılacaqdır.

Biz bu işləri davam etdirəcəyik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanda çətin vəziyyətdə yaşayan insanlara – bacılara, qardaşlara imkan daxilində kömək edək. Bu kömək bundan sonra da göstəriləcəkdir. Amma əlbəttə, məsələnin tam həlli ondan ibarətdir ki, qaçqınlar, məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilsinlər. Bu istiqamətdə böyük işlər aparılır. Bilirsiniz ki, cənab Prezident bir neçə il ərzində çox gərgin danışıqlar aparır, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycanın səsi beynəlxalq təşkilatların tribunalarından gəlir. Avropa Şurasında ilk dəfə olaraq, bizim nümayəndə heyətinin fəaliyyəti nəticəsində Ermənistan işğalçı dövlət kimi tanınıbdır. Bu, böyük hadisədir. Bu, gələcək danışıqlara çox müsbət təsir edə bilər və edəcəkdir.

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçi təyin etmişdir. Halbuki, Ermənistan bunun əleyhinə idi. Çünki onlara sərf etmir ki, bu məsələ müzakirə obyektinə çevrilsin. İstəyirlər ki, bunu ört-basdır eləsinlər və keçmişdə olduğu kimi, özlərinin təbliğatı vasitəsilə dünya ictimaiyyətinə yalnış məlumat versinlər. Amma bizim fəaliyyətimizin nəticəsində bütün beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı fikir formalaşıbdır və bu fikir bizim xeyrimizədir.

Biz çalışacağıq ki, bu məsələni sülh yolu ilə həll edək, çünki müharibə istəmirik. Amma eyni zamanda, biz heç vaxt barışmayacağıq ki, torpaqlarımız işğal altında qalsın. Nəyin bahasına olursa olsun, torpaqlarımızı azad edəcəyik.

İndi Ermənistan hesab edir ki, bu münaqişədə üstünlük əldə edibdir. Şəxsən mən bu fikirlə razı deyiləm. Gəlin Ermənistanda və Azərbaycanda olan vəziyyətə baxaq. Bizim ölkələrimizin iqtisadi səviyyələrin arasında uçurum dərinləşir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Azərbaycan nöbəti beş ildə Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə təkcə neftin satışından 5 milyard dollar vəsait əldə edəcəkdir. Əlbəttə, bu vəsait Azərbaycanın iqtisadi inkişafına, ordu quruculuğuna yönəldiləcəkdir. İnsanların rifahı yaxşılaşacaq, maaşlar, təqaüdlər artacaqdır. Əlbəttə, Azərbaycan iqtisadi cəhətdən daha da güclü olacaqdır.

Ermənistanda isə belə perspektivlər yoxdur. İndi Ermənistanda iqtisadi böhran yaşanır və heç bir perspektiv yoxdur. Çünki biz onları bütün beynəlxalq regional layihələrdən təcrid etdik. Biz onlarla heç vaxt iqtisadi əməkdaşlıq etməyəcəyik və belə olan halda onlar tənəzzülə daha çox uğrayacaqlar. Beləliklə, bir neçə ildən sonra iqtisadi, siyasi, ümumiyyətlə, hər cəhətdən güclü Azərbaycan zəif Ermənistanla üz-üzə qalsa, əlbəttə, üstünlük bizim tərəfimizdə olacaqdır. Bu məqsədlə cənab Prezidentin göstərişləri əsasında ordu quruculuğunda böyük işlər görülür və bundan sonra da görəcəyik. Mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan torpaqları işğalçılardan azad olunacaq, qaçqın-köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Bu gün buraya gələndə bir ailəyə qonaq oldum. Məni çox mehriban qarşıladılar. Mənim arzum var ki,- hesab edirəm, bu, hamımızın arzusudur, Cəbrayıla qonaq gəlim. Cəbrayıl işğaldan azad olunandan sonra orada sizin üçün bundan da gözəl evlər tikəcəyik və mən də gəlib sizin qonağınız olacağam.

Əziz dostlar, bilin ki, bu siyasət davam etdiriləcəkdir. Heydər Əliyevin siyasi xətti davam etdiriləcəkdir. Bizim başqa alternativimiz yoxdur. Azərbaycanın gələcəyi üçün, Azərbaycanın çiçəklənməsi üçün yalnız bu siyasət aparılmalıdır və xalqın dəstəyi ilə aparılacaqdır. O cümlədən qaçqınların, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində olacaqdır.

Burada dedilər, bu qəsəbə deyil, şəhərdir. Həqiqətən belədir, görün burada nə qədər evlər, məktəblər, tibb məntəqələri, klublar tikilib, yollar salınıb, işıqlar çəkilibdir. Mənə Əli müəllim deyir ki, burada görülən işlər keçmiş Sovet İttifaqı vaxtında bir beşillikdə görülən işlərə bərabərdir. Həqiqətən də belədir.

Mən sizi bu gözəl qəsəbənin istifadəyə verilməsi münasibətilə bir daha ürəkdən təbrik edirəm. İstəyirəm ki, siz burada xoşbəxt yaşayasınız. Amma bilin, bu, yenə də müvəqqəti bir məkandır. Siz öz doğma torpaqlarınıza qayıdacaqsınız. Biz bunu təmin edəcəyik. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Mən sizin hamınızı öpürəm, qucaqlayıram. Sağ olun.

X X X

Mərasimdə Baş nazirin müavinləri Abid Şərifov, Əli Həsənov, Prezidentin İcra Aparatının şöbə müdirləri Yusif Hümbətov, Əli Həsənov, nazirlər və digər rəsmi şəxslər iştirak edirdilər.

X X X

Mərasim başa çatdıqdan sonra Baş nazir İlham Əliyev jurnalistlərə qısa müsahibə verdi.

SUAL: İlham müəllim, bu gün çoxsaylı müxtəlif görüşləriniz oldu. İlkin təəssüratlarınız necədir və qarşıda hansı görüşləriniz var?

CAVAB: Təəssüratlar çox yaxşıdır, müsbətdir və gözləniləndir. Hər yerdə böyük ruh yüksəkliyi görürəm, hörmət görürəm. İnsanların bu münasibəti məni çox sevindirir. Bu, gözlənilən idi. Çünki mən bilirəm ki, Azərbaycanda real vəziyyət necədir və bu görüşlər onu bir daha təsdiqlədi. Azərbaycanın bölgələri inkişaf edir. İnsanların əhval-ruhiyyəsi yaxşıdır.

Bu gün çox sevindirici haldır ki, Azərbaycanda növbəti infrastruktur obyekti açılıbdır. Balıqartırma zavodu istifadəyə verilibdir. Düzdür, oradan əldə olunan məhsul bilavasitə satışa çıxarılmır və onun qısa müddət ərzində gəlir gətirməsi mümkün deyildir. Amma Azərbaycanın gələcəyi üçün, Azərbaycanın təbiətinin qorunub saxlanılması üçün, Xəzər dənizinin bioresurslarının artırılması üçün mühüm layihədir. Bu, onu göstərir ki, Azərbaycan hökuməti bütün sahələrdə fəal iş aparır, bütün sahələri inkişaf etdirməyə çalışır. Ümumiyyətlə, keçirdiyim görüşlər məni çox sevindirir.

SUAL: Hörmətli Baş nazir, daha hansı rayonlara getməyiniz nəzərdə tutulmuşdur?

CAVAB: Müxtəlif rayonlarda olacağam. Sizə xəbər veriləcəkdir.

SUAL: İlham müəllim, seçki bülletenləri iki gündən sonra çap olunacaqdır. Bilmək istərdik ki, iqtidar bu seçkilərə nəhayət, neçə namizədlə gedəcəkdir?

CAVAB: Hələ vaxt var, öyrənərsiniz.

SUAL: İlham müəllim, Prezident nə vaxt qayıdacaqdır?

CAVAB: İnşallah, yaxın günlərdə dönəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb