MƏDƏNİYYƏT
AZƏRBAYCANIN İNCƏSƏNƏT USTALARI “ASİYA-SAKİT OKEAN İNCƏSƏNƏTİ FORUMU-2003”DƏ
İnstitutdan müxbirimizə demişlər ki, forum çərçivəsində “Dənizdən keçən İpək yolu” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransda ABŞ-ın, Belçikanın, Fransanın, Yaponiyanın, Koreyanın, İndoneziyanın, Filippinin və başqa ölkələrin alimlərinin məruzələri dinləniləcəkdir. Orta Şərq ölkələrindən ancaq respublikamızın dəvət olunduğu tədbirdə Sənubər Bağırova ingilis dilində “Azərbaycan muğamı: ifaçılıq və dinləmə mədəniyyəti” mövzusundakı çıxışında klassik muğamlarımız barədə geniş məlumat verməklə bərabər, ifaçılıq sənətimizin ənənələrindən, tarixi qaynaqlarından, aktual problemlərindən, həmçinin dinləmə mədəniyyətindən söhbət açacaqdır.
Forumda Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün üzvləri əməkdar artistlər Möhlət Müslümovun (tar), Fəxrəddin Dadaşovun (kamança) və xanəndə Zabit Nəbizadənin, eyni zamanda, istedadlı qarmon və nağara ifaçıları Aydın Əliyevin, Elşən Qasımovun ifasında Azərbaycan muğamları, təsnifləri, xalq mahnıları və instrumental musiqiləri səslənəcəkdir.