SİYASƏT
AZƏRBAYCANLI HƏRBÇİ NATO KOMİTƏSİNİN SESSİYASINDA İŞTİRAK EDƏCƏKDİR
Aprelin 10-da Brüsseldə NATO-nun Ali Mülki Planlaşdırma Komitəsinin sessiyası keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-ya üzv və bu təşkilatla əməkdaşlıq edən dövlətlərin nümayəndələrinin iştirak edəcəyi tədbirdə ölkəmizi Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Cavad Qasımov təmsil edəcəkdir.
Ümumi iclaslarda fövqəladə hallar zamanı üzv ölkələr arasında əməkdaşlıq, qarşılıqlı yardımlar, müxtəlif sahələrdə əməkdaşlığın prinsipləri və digər məsələlər müzakirə olunacaqdır.
Sessiyada iştirakçı dövlətlərlə qarşılıqlı əməkdaşlıq məsələlərinə də diqqət yetiriləcəkdir.