RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ BAŞ DİREKTORU VƏZİFƏSİNƏ NAMİZƏD PROFESSOR TOMRİS TÜRMƏNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Prezident sarayında Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizəd, türkiyəli professor Tomris Türməni qəbul etmişdir.
Görüşdə xanım Tomris Türmənin Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsi məsələsi müzakirə olundu.