RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu gün bütün dünya azərbaycanlıları kimi, İran İslam Respublikası üçün də çox xoş bir gündür. Ona görə ki, Azərbaycanda ədalət zəfər çalmışdır. 15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində Siz layiqli qələbə qazanmısınız.
İranda yaşayan bütün soydaşlarınız bu qələbəyə çoxdan əmin idi. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və bütün azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirik.
Ümidvarıq ki, Sizin Prezidentliyiniz dövründə İran İslam Respublikası ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.
Allahdan Sizə böyük xoşbəxtlik və işlərinizdə səadət arzu edirəm.
Hörmətlə,
Əlirza Aghabalai
Təbriz ticarət, sənaye və mədəniyyət
palatasının prezidenti
Təbriz, 16 oktyabr 2003-cü il.