REGİONLAR
AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR EDİLƏCƏK
Komissiyanın sədri Eldar İbrahimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iclasda Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında qanun layihəsi müzakirə olunmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə bir bənd əlavə olunmuşdur. Əlavədə deyilir ki, Xəzər dənizinin Azərbaycana aid bölməsinin sahil boyu 80-130 metrlik zolağının altında olan torpaqlar da dövlət mülkiyyətinə aid edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 110-cü maddəsinə əlavə olunan hissəsində deyilir: “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin h asara alınması yolu ilə və ya digər üsullarla bağlanması və dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması qadağan edilir”. Layihənin Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alınmışdır.