REGİONLAR
Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 28 oktyabr, AZƏRTAC
Abşeron ərazisində diametri 530 millimetrlik yeraltı ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar bu gün saat 20.00-dan başlanan təmir işləri ilə əlaqədar rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təmir aparılan müddətdə rayonun Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nübar və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış massivinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi təqdirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.