REGİONLAR
Abşeronda şəhidlərimizin xatirələri anılıb
Xırdalan, 19 dekabr, AZƏRTAC
Abşeronda şəhidlərimizin xatirələri yad olunub.
AZƏRTAC xəbər verir ki, şəhidlər Babək Allahverdiyev, Sahib Musayev, Zaur Dövlətov, Anar Bahadurov, Daşdəmir Paşayev, Rasim Abdullayev, Elçin Həsənli, Tural Məmmədov, Ələsgər Cavadov, Bəhmən Verdiyev, İsmayıl Qəsəbov, Rüfət Şabanov, Nurid Abdullayev, Əmrah Səfərli, Vüsal Tahirov, Rüfət Şabanov, Cavanşir Əhmədov, Seymur Bədəlov, Hacızadə Rzayev, Emil Mayılov, Elmir Həsənov, Nicat Salahov, İsmayıl Qasımov və İsmayıl Mehdiyevin anım günləri, Zaur Mədətov, Gülverdi Qasımov, İsmayıl Kərimov, Tofiq Həsənov, İlkin Məmmədov, Emil Əhmədov, Ayaz İmanzadə, Emil Abduləzimli, Firuz Əhmədov, Vüsal Məhərrəmov, Elvin Əlimərdanovun isə doğum günləri qeyd edilib.
Anım tədbirlərində və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və qazilər şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımızı ehtiramla anıblar.
Şəhidlərimizin silah yoldaşları onların döyüş yollarından, şücaətlərindən söz açıb, bu qəhrəmanlıqların dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.
Şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısını daim hiss etdiklərini və buna görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.