CƏMİYYƏT


Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, “KİA” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.

Adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aygün və Elxan isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanıb, Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.