DÜNYA
Ağ ev İsrailə 735 milyon dollarlıq silah satılmasına icazə verib
Bakı, 17 may, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə 735 milyon dollar dəyərində yüksək dəqiqliyə malik silah satılmasına icazə verib.
AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, ABŞ Konqresi Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsindən bir neçə gün öncə - mayın 5-də bu barədə müvafiq bildiriş alıb. Bundan sonra qanunvericilərin müqavilənin icrasına məcburi qüvvəsi olmayan etiraz bildirmələri üçün 20 gün vaxtları var.
Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb. Son məlumata görə, qarşılıqlı raket zərbələri nəticəsində İsrail tərəfdən azı 10 nəfər ölüb və yüzlərlə insan xəsarət alıb, Fələstin tərəfdən isə 200-dən çox insan həlak olub, 6 minə yaxın fələstinli isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]