CƏMİYYƏT


Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35 min manat ziyan dəyib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.