REGİONLAR
Ağdamda 5355 hektarda buğda səpini həyata keçirilib
Ağdam, 20 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçiləri indiyədək 52 min 160 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 6,8 ton günəbaxan dəni, 95 min 753 ton tərəvəz, 2570 ton bostan məhsulları, 5923 ton kartof, 20 min 204 ton şəkər çuğunduru, 2345 ton meyvə, 397 ton üzüm istehsal ediblər.
Torpaqdan səmərəli istifadə edən fermerlər 15 min 133 hektarda şum apararaq, 5355 hektarda buğda, 811 hektarda dən üçün arpa, 1610 hektarda yaşıl yem üçün xəsil əkiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:09]
Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub
- 10.05.2024 [13:05]