REGİONLAR
Ağdaşda bu günədək 9750 hektarda yay şumu çıxarılıb
Ağdaş, 4 sentyabr, AZƏRTAC
Ağdaş rayonunda payızlıq əkinə ciddi hazırlıq işləri görülür və bu məqsədlə bütün ərazi dairələrində mühüm aqrotexniki tədbir olan yay şumu çıxarılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarşıdakı payızda 17 min hektardan çox sahədə əkin aparılacağı gözlənilir. Hazırda hər yerdə fermerlər və fiziki şəxslər bütün qüvvələrini gələcək yüksək məhsul üçün zəruri olan yay şumunun çıxarılmasına səfərbər ediblər. Artıq 9750 hektarda şum çıxarılıb. Hər gün sahələrə 80-dən çox şum traktoru çıxarılır. Əksər ərazilərdə, o cümlədən daha çox payızlıq taxıl əkiləcək Ərəbocağı, Pirkəkə, Yuxarı Nemətabad, Yenigə və bir sıra digər ərazi dairələrində bu mühüm aqrotexniki tədbir sürətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]