CƏMİYYƏT


Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb

Bakı, 17 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinə Ağdaş rayonunun Xosrov kənd sakini Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı şikayət öz təsdiqini tapıb. Sexdə “Bünaytur”, “Tala”, “Lavizna” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz içkilər (limonad) istehsal olunur.

İlkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, alkoqolsuz içkilər istehsalı müəssisəsində istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif rəngləyici, dad və aromat gücləndiriciləri qatqılardan istifadə olunmasına baxmayaraq, etiketdə bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.