REGİONLAR
Ağsuda heyvandarlıq məhsulları istehsalında dinamik artım davam edir
Ağsu, 3 iyun, AZƏRTAC
Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahəsidir və son illər bölgədə məhsul istehsalında dinamik artım davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin ötən beş ayında da heyvandarlar uğurlu nəticələr qazanıblar. Belə ki, bütün sahələr üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Beş ayda diri çəkidə ət istehsalı 31 ton artaraq 2089 tona çatıb. Süd, yumurta və yun istehsalında da artım qeydə alınıb. Süd istehsalı 50 ton artaraq 12 min 504 tona, yumurta istehsalı isə 63 min ədəd çoxalaraq 7 milyon 608 min ədəd çatıb. Yun istehsalı da 4 ton artaraq 318 ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]