İQTİSADİYYAT


Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin banklardakı əmanətləri artıb

Bakı, 16 aprel, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği fevral ayı ərzində 177 milyon manat artaraq 8 milyard 379,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 50,1 faizi xarici, 49,9 faizi isə milli valyutada qoyulub. Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,03 (2,05) manata, 100 türk lirəsinə 22,64 (23,19) manata, 100 rus rubluna 2,29 (2,29) manata bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.