DÜNYA


Aleksandr Lukaşenko Belarus ərazisində Rusiyanın hərbi bazasının yerləşdirilməsi məsələsinə aydınlıq gətirib

Minsk, 6 noyabr, AZƏRTAC

Belarus ərazisində xarici ölkələrin, o cümlədən Rusiyanın hərbi bazasının yaradılmasına ehtiyac yoxdur. AZƏRTAC-ın BELTA-ya istinadla verdiyi məlumata görə, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın analitik qrupunun nümayəndələri ilə görüşündə söyləyib.

Lukaşenko bildirib ki, indiyə qədər Belarus ərazisində xarici ölkələrin hərbi bazası olmayıb. İntensiv olaraq Rusiyanın hərbi bazasının Belarus ərazisində yerləşdirilməsi barədə müzakirələr aparırlar. Bunlar hamısı uydurma, süni müzakirələrdir.

Belarus Prezidenti vurğulayıb ki, Rusiya ilə hərbi-siyasi ittifaq mövcuddur, ancaq müstəqil dövlət olaraq ərazimizdə digər ölkənin hərbi bazasının yaradılmasına imkan vermərik. Belarusun özünün çox güclü, nizamlı ordusu var, ölkəyə qarşı hər hansı münaqişə baş verərsə, tutarlı cavab verməyə qadirdir. Əgər NATO Belarusa yaxın ərazilərdə, Polşada hərbi bazasını yerləşdirərsə, biz daha müasir silahlarla, raket sistemi ilə güclənməkdə davam edəcəyik.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.