Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əli Əhmədov: Məqsəd əlillik meyarlarını təkmilləşdirmək və şəffaflığı təmin etməkdir

Əli Əhmədov: Məqsəd əlillik meyarlarını təkmilləşdirmək və şəffaflığı təmin etməkdir

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov ölkədə əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri məsələlərini AZƏRTAC-a şərh edərkən deyib: “Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Azərbaycanda bu kateqoriyaya aid olan 570 min insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Beləliklə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda 1 milyon 300 minə yaxın pensiyaçının 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu, az rəqəm deyil”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər var və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər. Amma təbiidir ki, narahatedici məqamlar da var. Bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın. Hazırda bu istiqamətdə vacib işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz mənfi məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil.

Cəmiyyətdə əlilliyə münasibət problemini şərh edən Əli Əhmədov deyib: “Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, onlar bütün parametrlərə görə cəmiyyətin tamhüquqlu üzvü olsunlar, işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda hesab edirəm ki, əlilliyin həm müəyyən, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI