Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışı keçirilir
AzerTAg.az
Bakı, 29 noyabr, AZƏRTAC
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışı təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin bütün bölgələri üzrə ümumilikdə 580 nəfər əlilliyi olan şəxsin iştirak etdiyi yarışlarda şahmat, dama, nərd, stolüstü tennis və qol gücü idman növləri üzrə mübarizə gedıb.
Yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi də 18 yaşadək əlilliyi olan şəxslərdir.
Yarış əlilliyi olan şəxslərin idmana, habelə stolüstü idman oyunlarına maraqlarının artırılmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, eləcə də sosial inteqrasiyasına xidmət edir.
Yaxın günlərdə yarışın final mərhələsi keçiriləcək və qaliblərə mükafatlar veriləcək.










Xəbərin mətnində orfoqrafik səhv var