İQTİSADİYYAT


Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı, 29 yanvar, AZƏRTAC

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının idarə heyətinin sədri Fərid İsayev və icraçı direktoru Tobias Bauman ilə görüşüb.

Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, KOBİA-nın və Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verilib, KOB sahəsində agentlik və palata arasında, eləcə də bazar araşdırmaları və startaplara dəstək sahəsində əməkdaşlıq, palataya üzv olan şirkətlərlə yerli KOB-lar arasında əlaqələrin genişləndirilməsi, agentliyin “KOB Dostu” şəbəkəsinə texniki dəstəyin göstərilməsi, birgə tədbirlərin və Almaniyaya təcrübə səfərinin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.