İQTİSADİYYAT


Altı ayda ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birincidir

Bakı, 1 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, altı ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin iyununda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (35,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (34,2 milyon ABŞ dolları) ikinci və kartof (20,2 milyon ABŞ dolları) üçüncü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.