İQTİSADİYYAT
Altı ayda plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb
Bakı, 18 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında ölkədən 128 min 538 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 103 milyon 337 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 71 milyon 776 min dollarlıq 94 min 797 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:45]
Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb
- 26.04.2024 [12:12]
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
- 26.04.2024 [11:14]