ELM VƏ TƏHSİL
Altıncı siniflər üçün “Biologiya” dərsliyinin müzakirəsi aparılmışdır
Bakı, 31 yanvar (AZƏRTAC). “Biologiya” fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda tam orta məktəblərin 6-cı sinifləri üçün istifadədə olan “Biologiya” dərsliyinin elmi-metodik baxımdan müzakirəsi aparılmışdır.
Çıxış edən müəllim və mütəxəssislər dərsliyin üslubu, dizaynı, oradakı şəkillər, illüstrasiyalar ilə bağlı fikirlərini söyləmiş, təkliflər verilmişdir.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri, eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrində həmin bölgələrdən olan müəllimlər internet vasitəsilə videobağlantı əsasında iştirak etmişlər.