ORDU
“Anatolian Phoenix-2021” beynəlxalq təlimi davam edir
Bakı, 26 may, AZƏRTAC
Türkiyə Respublikasının Konya şəhərində keçirilən və Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.
Təlim iyunun 4-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
- 26.04.2024 [10:14]
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO
- 25.04.2024 [10:31]
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO
- 24.04.2024 [13:10]