CƏMİYYƏT


Arı zəhəri ilə müalicə proseduru

Bakı, 30 aprel, AZƏRTAC

Arı zəhəri iltihabgötürücü və ağrıkəsici təsirə malikdir. Zəhər xəstənin vəziyyətini yaxşılaşdırır, tonus və iş qabiliyyətini artırır, yuxusuzluq, iştaha və qan-damar sisteminə müsbət təsir göstərir.

Həkim-fitoterapevt Elnur Eldaroğlu arı zəhərinin tətbiq sahələri barədə AZƏRTAC-a məlumat verərək deyib: “Arı zəhəri xroniki ağır sindromları, bel, boyun, baş ağrıları və diz ağrılarında, revmatoid-artritlərdə geniş istifadə olunur. Həmçinin dünya təbabətində çətin və müalicəyə tabe olmayan xəstəliklər qrupuna aid olan dağınıq sklerozda da arı zəhəri ilə müalicədən istifadə edilir. Ən çox oynaq və sinir sistemi xəstəliklərində tətbiq olunur. Arı sancması ilə müalicədən sonra xəstədə sanki bir oyanış hiss olunur”.

Lakin bəzən zəhərin əks təsiri də olur. Ona görə də əvvəlcə pasiyent müayinədən keçirilir, qan analizləri götürülür, nəticələrə uyğun müalicə tətbiq edilir.

Müalicə proseduru barədə bəhs edən həkim-fitoterapevt deyib: “İlk gün orqanizmin müəyyən bir hissəsindən, daha çox bel, böyrəküstü nahiyədən arı iynəsinin batırılması tətbiq edilir, günaşırı həmin müalicə proseduru mərhələli şəkildə artırıla-artırıla davam edir. Hətta bir müalicə kursundan 40-50, hətta 60-70-ə qədər arı sancmasından istifadə olunur. Bu, daha çox xəstəlikdən asılıdır. Payız, qış və yaz mövsümündə daha çox həmin müalicələr tətbiq olunur”.

Həkimlər hamilə qadınlara, böyrək çatışmazlığı, qara ciyər xəstəliyi və dəri problemi olanlara həmin müalicəni tövsiyə etmirlər. Prosedurdan sonra arının iynə batırdığı nahiyəni mütləq yad cisimlərdən qorumaq lazımdır. Az kalorili məhsullarla qidalanmaq və bol maye qəbul etmək məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.