İQTİSADİYYAT


Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir

Aşqabad, 19 noyabr, AZƏRTAC

Aşqabadda BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramının (SPECA) işçi qrupunun dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda 24-cü iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda SPECA ölkələrində dayanıqlı nəqliyyat, tranzit və nəqliyyat layihələri, nəqliyyatın sadələşdirilməsi, beynəlxalq konvensiya və sazişlərin icrası, əlaqələndirici mexanizmlərin yaradılması və istismarı məsələləri müzakirə edilib.

Ölkəmizi bu tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. İclasda üzv ölkələrdə intermodal nəqliyyatın sadələşdirilməsi üçün limanların inkişafı, həm Özbəkistan-Türkmənistan-İran-Oman marşrutu, həm də “Lapis-Lazuli” miltimodal nəqliyyat dəhlizinin (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) əhəmiyyəti müzakirə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.