İQTİSADİYYAT
Avqustda Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən 16562 zəng cavablandırılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
2017-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olan 16562 zəng cavablandırılıb.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergiödəyicilərinin məlumatlandırılması məqsədilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 73304 SMS göndərilib. Bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 38577 daxilolma qeydə alınıb.
Vergiödəyicilərinə xidmət strukturlarında 28272 vətəndaş qəbul edilərək, onlara 43019 sayda xidmət göstərilib, vergiödəyicilərinə ümumilikdə 8906 sayda ASAN İmza sertifikatı verilib.
Həmçinin cari ilin avqust ayı ərzində 7589 şəxs (1099 hüquqi, 6490 fiziki şəxs) qeydiyyatdan keçib.