İDMAN


“Avro-2020”: Macarıstan - Azərbaycan oyunu başlayıb

Bakı, 13 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstan Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Budapeştin “Groupama Arena” stadionunda keçirilən oyunda millimizin start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Qara Qarayev, Ramil Şeydayev, Ağabala Ramazanov və Təmkin Xəlilzadə yer alıblar.

Macarıstan yığmasının ilk on birliyində meydana Qulasi, Orban, Barath, Lovrençiç, Korxut, A.Naqi, Laszlo, Djujdak, D.Naqi, Soboslai və Salayi çıxıb.

Oyunun baş hakimi Dennis Higlerdir. Ona Yohan Balder və Yoost van Zuylen kömək edir. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirir. Miroslav Liba (Çexiya) hakim-inspektoru, Ariel Kennet Şayman (İsrail) isə UEFA nümayəndəsi qismindədir.

Hazırda “E” qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əvvəlki matçlarda Macarıstan millisinin azarkeşlərinin irqçi davranışlarına görə, bu qarşılaşmada stadiona girməsinə qadağa qoyulub. Bu səbəbdən də matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.