SİYASƏT


Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Finlandiya parlamentinin deputatı ilə görüşüblər

Stokholm, 13 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndələri Finlandiya parlamentinin Sosial-Demokratlar Partiyasından (SDP) olan üzvü, siyasi elmlər doktoru, dosent Kimmo Kiljunen ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə AAK-ın üzvü olan Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) sədri, AAK nəzarət-təftiş komissiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri, AAK-ın baş katibi Arzu Oqtay, Finlandiya-Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli və müavini Ayla Zülfi iştirak ediblər.

Söhbət zamanı AAK-ın 15 illik fəaliyyəti dövründə gördüyü işlər, eləcə də digər diaspor təşkilatlarımızın işi barədə ətraflı məlumat verilib. Azərbaycanın müstəqilliyinin bərpasından ötən 28 ildə ölkəmizin sürətli inkişafının və əldə etdiyi uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə həyata keçirilməsi sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin 25 ildən çoxdur işğal altında qalması, ermənilərin son iki əsrdə xalqımızın başına açdığı müsibətlər, törətdikləri qanlı qırğınlar və soyqırımlarından söhbət açılıb.

Görüşdə deputat Kimmo Kiljunenə Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan və Qarabağ həqiqətlərindən bəhs edən nəşr təqdim olunub.

Kimmo Kiljunen Azərbaycan haqqında ətraflı məlumata görə diasporun nümayəndə heyətinə minnətdarlığını bildirib, Finlandiyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını qeyd edib. O deyib ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir. Dünya birliyi də bu yanaşmanın tərəfdarıdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.