YUBİLEY TƏBRİKLƏRİ
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi
Aleksandr Giboi
- Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ı 100 illik yubileyi münasibətilə təbrik edirəm. Bu yubiley hər bir təşkilat, xüsusilə də ölkənin vətəndaşlarına etibarlı informasiya mayakı olan bir xəbər agentliyi üçün çox əhəmiyyətli bir hadisədir. Əminəm ki, AZƏRTAC gələcəyə inamla baxır. Agentliyin bütün əməkdaşlarını, İdarə heyətinin sədri cənab Aslan Aslanovu təbrik edir və bu əlamətdar yubiley münasibətilə hamınıza uğurlar arzulayıram. Sizi bir daha təbrik edir, təşkilatınıza, eləcə də orada çalışan əməkdaşlarınıza böyük inkişaf yolu diləyirəm. Yubileyiniz mübarək!