SİYASƏT


Avropa Xəbər Agentliyi AZƏRTAC-ın İdarə Heyəti sədrinin məqaləsini yayıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Almaniyada fəaliyyət göstərən Avropa Xəbər Agentliyi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il” sərlövhəli məqaləsini yayıb.

Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya qayıdışından sonra ötən 26 ildə ölkənin keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, bu dövr Azərbaycanın tarixində yeni səhifə açıb, yaranmış ictimai-siyasi sabitlik həyatın bütün sahələrində misilsiz inkişafa gətirib çıxarıb.

Məqalə Azərbaycanın milli siyasi doktrinasının varisliyi barədə alman oxucusunda təsəvvür yaradır. Onu əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi barədə məlumatlandırır.

Müəllif Azərbaycan dövlətinin müstəqillik illərində qazandığı mühüm uğurları, xüsusən ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.