İDMAN
Avropa çempionatı: Almaniya gimnastı lentlə yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Bakı, 21 may, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında ayrı-ayrı alətlər üzrə final yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son olaraq lentlə final yarışında mükafatçılar bəlli olub. Almaniya idmançısı Darya Vorfolomeev 32,250 xalla bütün rəqiblərindən üstün olub. Bolqarıstan gimnastları Eva Brezalieva (31,600 xalla) və Stiliana Nikolova (31,550 xal) ilk üçlüyü tamamlayıblar.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər - 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]