DÜNYA


Avstriyada təyyarənin qayaya çırpılması nəticəsində üç nəfər həlak olub

Vyana, 19 iyul, AZƏRTAC

Avstriyanın Tirol federal əyaləti ilə Bavariyanın sərhədində kiçik təyyarə qəzaya uğrayıb. Polislərin verdiyi məlumata görə, qəza nəticəsində üç nəfər ölüb. Hadisə yerinə yaxınlaşa bilmək üçün əraziyə xüsusi xilasetmə qüvvəsi cəlb olunub. Qəzanın səbəbi və həlak olanların şəxsiyyəti məlum deyil.

AZƏRTAC xəbər verir ki, Tirol dispetçer mərkəzinə Vetterştayn rayonunda kiçik bir təyyarənin qəzaya uğraması barədə xəbərdarlıq siqnalı gəlib. Təyyarə qayaya çırpıldıqdan sonra dərhal alovlanıb. Qəza yeri Maylerhütte yaxınlığında dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşir.

Təyyarənin İtaliyadan havaya qalxdığı ehtimal olunur. Həm Avstriya, həm də Almaniya polisi, xilasediciləri və yanğınsöndürmə briqadaları qəza yerində birgə araşdırmalar aparırlar. Qarmiş-Patenkirxen dağ xilasetmə xidməti təyyarə heyətinin axtarışında iştirak edib.

Almaniya vətəndaşı olduqları güman edilən təyyarə heyətinin bütün üzvlərinin cəsədləri aşkarlanıb.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.