CƏMİYYƏT
Avtobusda paytaxt sakininin içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını oğurlayan şəxs saxlanılıb
Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisindəki marşrut avtobusunda Bakı şəhər sakini R.Rzayevanın içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini X.Hüseynova müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 2-nə keçən gecə Çiçək qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Bəhrəmov yaxalanıb.
Faktlarla bağlı təhqiqat davam edir.