QAN YADDAŞI


Azadlığımızın hər gününü şəhidlərimizə borcluyuq

Bakı, 20 yanvar, Elçin Hüseynov, AZƏRTAC

Azadlığımızın hər gününü şəhidlərimizə borcluyuq.

Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən 27 nömrəli məktəbin müəllimi Dilavər Rəşidova AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, məhz bu gün Şəhidlər xiyabanını ziyarət etmək xalq üçün şərəfdir. Çünki azadlığın hər bir anını burada uyuyan şəhidlərimizə borcluyuq.

“20 Yanvar hadisələri dövründə Dənizkənarı Milli Park tərəfdə yaşayırdım. Həmin gün xalqımızın meydanlarda olduğunu gördüm. Sonra atəş səsləri gəlməyə başladı və xalqın üzərinə qoşun yeridildi. Azərbaycanın haqq səsini boğmaq üçün atılan bu addım nəticəsində bacı-qardaşlarımız canlarını qurban verdilər. Onların qanı bahasına alınan bu müstəqilliyin qiymətini, dəyərini övladlarımıza çatdırmalı, gənclərimizi vətənpərvər ruhda yetişdirməliyik”, - deyə D.Rəşidova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.