İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Bankı yeni lotereya aksiyası keçirir

Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 1-dən oktyabrın 31-dək Azərbaycan Beynəlxalq Bankı müştərilərinə telefon nömrələrini yazaraq, mobil telefon qazanmaq şansı verir.

Bankdan AZƏRTAC-a bildirilib ki, lotereyada iştirak etmək üçün sadəcə Azərbaycan Beynəlxalq Bankının kartı ilə bankın bankomatlarında ”lotereya” dan istifadə edərək, mobil telefon nömrəni daxil etmək kifayətdir. Lotereyanın qaliblərinə üç mobil telefon hədiyyə ediləcək.

Lotereyada ABB tərəfindən buraxılmış bütün kartların sahibləri olan müştərilər iştirak edə bilər. Hər müştəri yalnız bir mobil telefon nömrəsini qeyd edə bilər, müştərinin mobil telefon nömrəsi onun öz adına olmalıdır.

Ətraflı məlumatı ABB-nin internet səhifəsindən (www.ibar.az) əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.