İQTİSADİYYAT


Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təşkil olunması gələn il qarşıya hədəf kimi qoyulub VİDEO

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təşkil olunması gələn il qarşıya hədəf kimi qoyulub VİDEO

Bakı, 28 dekabr, AZƏRTAC

Gələn il Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təşkil olunması qarşıya hədəf kimi qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib.

"Bu günədək güzəştli kreditlərin tətbiq edilməsində əsas alət Sahibkarlığın İnkişafı Fondu olub. Sahibkarlığın İnkişafı Fondu minlərlə layihəni əhatə edir, lakin bir alətlə çalışmaq günün tələbinə uyğun deyil. Bu nöqteyi-nəzərdən biz Azərbaycan iqtisadiyyatının tələbinə uyğun olaraq bir sıra maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı gələn il təqdimat keçirəcəyik", - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.