ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetinin kollektivi Şuşaya səfər edib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Şuşaya səfər edib.

Bu barədə AZƏRTAC-a universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfərdə ADU-nun prorektorları, dekanlar, professor-müəllim heyəti və inzibati heyətin bir qrupu iştirak edib.

Səfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi Şuşanı görmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaq məqsədi daşıyıb.

ADU-nun kollektivi Cıdır düzünü, Vaqif məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələrini ziyarət ediblər.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların unudulmaz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub, qazilərimizə şəfa arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.