CƏMİYYƏT


Azərbaycan Katolik Kilsəsinin ordinarisinin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar Bakıda mərasim keçirilib VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar fevralın 11-də Bakıda təqdisetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdisetmə mərasimini ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Müqəddəs Məryəm katolik kilsəsində yerinə yetirib.

Mərasimdə din xadimləri, ölkəmizdəki müxtəlif konfessiyaların rəhbərləri və təmsilçiləri, ictimaiyyətin nümayəndələri, səfirlər iştirak ediblər.

Paul Riçard Gallager bildirib ki, Vladimir Feketenin yepiskop rütbəsinə layiq görülməsi çox sevindirici hadisədir və onun Azərbaycanda dinlərarası münasibətlərin inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən qiymətdir. Bu, həmçinin Müqəddəs Atanın Azərbaycandakı katolik icmasına və bu ölkə ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisidir.

Xatırladaq ki, Vladimir Fekete 2009-cu ildə Bakıda katolik kilsəsinə baş keşiş təyin edilib. 2011-ci ildən Apostol Prefekturasının prefekti vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.