SİYASƏT


Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib

Bakı, 21 oktyabr, AZƏRTAC

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.