ELM VƏ TƏHSİL
“Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” monoqrafiyası çapdan çıxıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Yaşar Məmmədovun “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” monoqrafiyası çapdan çıxıb.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, elmi şuranın qərarına əsasən nəşr edilən monoqrafiyada fond bazarlarının inkişaf mərhələləri və onların fəaliyyətini şərtləndirən səbəblər, bu bazarların fəaliyyət xüsusiyyətləri, təşkili və tənzimlənməsi məsələləri tədqiq olunur.
Nəşrdə, həmçinin ölkədə fond bazarının müasir vəziyyəti, inkişaf xüsusiyyətləri sistemli şəkildə təhlil edilərək qiymətləndirilir, fond bazarının inkişafı ilə bağlı təklif və tövsiyələr verilir.
Monoqrafiya mütəxəssislər, alim və tədqiqatçılar, tələbələr üçün nəzərdə tutulur.