ORDU
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın müdafiə naziri ilə görüşüb
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ilə Bolqarıstan Respublikası Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.