İQTİSADİYYAT
“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 31 mart, AZƏRTAC
Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Martın 31-də Bakı Fond Birjasında (BFB) “Bravo” Supermarketlər şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2003023523 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 1001.2735 AZN (10.45 faiz) və 1053.826 AZN (8.45 faiz) olan 14 sifariş təqdim edilib. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1052.4731 AZN (8.5 faiz), orta ölçülmüş qiyməti 1052.6888 AZN (8.4920 faiz) müəyyənləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 10,5 faiz, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 milyon 784 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.