ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri sağlamlıq imkanları məhdud gənclərlə görüşüblər

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) muzeyşünaslıq ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri, eləcə də bu ali təhsil ocağının məzun və əməkdaşları 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olublar.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə verdiyi töhfə, ölkədaxili və beynəlxalq arenada qazandıqları uğurlar haqqında fikir mübadiləsi aparılıb.

Ali təhsil müəssisəsinin təmsilçiləri, həmçinin Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və bu qurumun üzvləri ilə də görüşüblər. ATMU-nun nümayəndələri boccia haqqında ətraflı məlumatlandırılmaqla yanaşı, bu idman növü üzrə qüvvələrini sınayıblar.

Sonda qonaqlar mərkəzin sakinlərinin əl işləri ilə tanış olublar. Sağlamlıq imkanları məhdud gənclərə ATMU-nun tələbələrinin hazırladıqları hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.