SİYASƏT
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair məsələlər müzakirə olunub
İstanbul, 16 sentyabr, AZƏRTAC
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Azərbaycanın bu şəhərdəki Baş konsulu Məsim Hacıyevlə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
İstanbul Böyükşəhər Bələdiyyəsində keçirilən görüşdə Əkrəm İmamoğlu Azərbaycanın onun qəlbində xüsusi yerə sahib olduğunu qeyd edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul