SİYASƏT


Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə bağlı Braziliyanın Rio Branko İnstitutunda təqdimat olub

Bakı, 15 mart, AZƏRTAC 

Marın 15-də Braziliya Xarici Əlaqələr Nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, təqdimat zamanı səfir Elxan Poluxov Azərbaycanın diplomatik xidməti, xarici siyasəti, müstəqilliyi bərpa etdikdən sonra ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs edib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin bu çətinliklərin aradan qaldırılmasında, eləcə də Azərbaycanda dövlətçiliyin formalaşmasındakı əvəzsiz rolu və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət haqqında ətraflı məlumat verib.

Həmçinin təqdimatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın regiondakı və dünyadakı rolundan, ölkəmizin iqtisadi inkişafından bəhs olunub.

Sonda səfir Elxan Poluxov institutda təhsil alan braziliyalı və xarici diplomatların suallarını cavablandırıb.

Tədbirdə, Braziliya Xarici əlaqələr nazirliyi nəzdində fəaliyyət göstərən Rio Branko İnstitutunun direktoru, səfir Gisela Podovan da iştirak edib.

Azərbaycan haqqında səfirlik tərəfindən müxtəlif mövzularda hazırlanan kitablar, jurnallar, bukletlər tədbir iştirakçılarına təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.