SİYASƏT


Azərbaycan dövləti Kəlbəcərdə girov götürülmüş şəxslərin geri qaytarılması üçün bütün işləri görür

Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycan dövləti Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş şəxslərin geri qaytarılması üçün bütün işləri görür.

Bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov bildirib ki, həmin şəxslərlə bağlı məhkəmə prosesinin aparılmasının heç bir qanuni əsası yoxdur. Bəndin biri belədir ki, guya həmin şəxslər qanunsuz olaraq sərhədi keçiblər. Digər bəndə görə isə guya erməni zabitini öldürüblər. Ancaq biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tələb etdik ki, fakt göstərilsin. Onlar isə heç bir fakt göstərə bilmədilər. Təbii ki, bütün bunlar qondarma bəndlərdir.

Əli Həsənov qeyd edib ki, əsirlikdə olan həmin şəxslərin ailələrinə də kömək göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.